Finss.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) 2025-ci il üçün qlobal maye karbohidrogen hasilatı üzrə proqnozunu yeniləyib. Yeni hesabatda qeyd olunur ki, gələn il dünya üzrə hasilat sutkada 2,68 milyon barel artaraq 105,87 milyon barelə çatacaq.
Əvvəlki proqnozda bu artım sutkada 2,35 milyon barel səviyyəsində göstərilmişdi. Yeni rəqəm isə əvvəlki ilə müqayisədə 330 min barel çoxdur.
EIA-nın məlumatına görə:
- 2024-cü il üzrə proqnoz 103,19 milyon barel/sutka səviyyəsində saxlanılıb;
- 2025-ci il üçün proqnoz 105,54 milyon bareldən 105,87 milyon barelə yüksəldilib;
- 2026-cı il üçün isə əvvəlki 106,64 milyon barel/sutka göstəricisi 107 milyon barelə qaldırılıb.
Beləliklə, EIA-nın oktyabr hesabatına əsasən, 2025-ci ildə qlobal təchizat sutkada 1,3 milyon barel artacaq ki, bu da sentyabrda verilən 1,1 milyon barellik proqnozla müqayisədə daha optimist qiymətləndirmədir.
Qlobal maye karbohidrogenlərə xam neft, təbii qaz kondensatı, NGL (natural gas liquids) və bioyanacaq daxildir. Bu artım tələb-təklif balansı, geosiyasi risklər, eləcə də yaşıl enerjiyə keçidin sürəti kimi faktorlarla sıx bağlıdır.