Finss.az xəbər verir ki, Nikolay İvanov X5 Retail Group-un yeni baş maliyyə direktoru (CFO) vəzifəsinə təyin edilib. O, şirkətin strateji və maliyyə planlaşdırılması, likvidlik və kapital strukturunun idarə olunması, vergi risklərinin azaldılması, eləcə də maliyyə bazarlarında X5-in mövqeyinin gücləndirilməsi istiqamətində məsuliyyət daşıyacaq.
Nikolay İvanov bu təyinata qədər NLMK Group-da maliyyə üzrə vitse-prezident vəzifəsində çalışıb. Bundan əvvəl isə Evraz, VimpelCom və TNK-BP kimi aparıcı beynəlxalq şirkətlərdə müxtəlif yüksək rəhbər maliyyə vəzifələrində təcrübə qazanıb.
Yeni təyinat X5-in maliyyə dayanıqlığını gücləndirmək, kapital effektivliyini artırmaq və sabit maliyyə idarəetməsi strategiyasını davam etdirmək məqsədi daşıyır.