BİZNES

08 Oktyabr

Dünya Mərkəzi Bankları Qızıl Alışını Bərpa Etdi

Finss.az xəbər verir ki, 2025-ci ilin avqust ayında dünya mərkəzi bankları tərəfindən qızıl ehtiyatlarının artırılması yenidən bərpa olunub. Dünya Qızıl Şurası (WGC) tərəfindən təqdim olunan ilkin məlumatlara əsasən, qızıl və valyuta ehtiyatları 15,1 ton artıb.

WGC-nin aparıcı analitiki Krishan Gopol bildirib ki, bu artım mart-iyun ayları arasında müşahidə olunan aylıq ortalama alış həcmlərinə uyğun gəlir. Bu isə, bir müddət sabit qalan ehtiyat səviyyələrindən sonra qızıl alınmasının yenidən artım trendinə keçdiyini göstərir.

Mərkəzi bankların qızıl ehtiyatlarına yönəlməsi, qlobal iqtisadi qeyri-müəyyənlik, inflyasiya təzyiqləri və dolların mövqeyində dəyişikliklər kimi faktorlarla əlaqələndirilir. Ekspertlər bildirirlər ki, qızıl hələ də etibarlı və təhlükəsiz sərvət saxlama vasitəsi olaraq qalır.