Finss.az xəbər verir ki, Yaponiyada avqust ayında pərakəndə satışlar illik müqayisədə 1,1% azalıb. Bu göstərici 2022-ci ilin fevralından və 2021-ci ilin avqustundan bəri ən böyük eniş kimi qeydə alınıb.
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, satışların azalması analitiklərin proqnozları ilə ziddiyyət təşkil edir. Belə ki, Trading Economics analitikləri 1% artım proqnozlaşdırırdı.
İyul ayı üçün əvvəlki pərakəndə satış göstəricisi 0,3% artım olaraq açıqlansa da, daha sonra bu rəqəm 0,4% artım olaraq yenidən hesablanıb.