Finss.az xəbər verir ki, Avropanın aparıcı əczaçılıq şirkətlərindən biri olan GSK (GlaxoSmithKline) rəhbərlikdə dəyişiklik elan edib. Şirkət bildirib ki, hazırkı Baş Ticarət Direktoru Luke Mills, 2026-cı il yanvarın 1-dən etibarən GSK-nın Baş İcraçı Direktoru (CEO) vəzifəsinə təyin olunacaq.
Mills daha əvvəl AstraZeneca, Roche və Sanofi kimi qlobal əczaçılıq nəhənglərində yüksək vəzifələrdə çalışıb və sektorda zəngin təcrübəyə malikdir. O, 2017-ci ildən GSK-ya rəhbərlik edən Emma Uolmslini əvəz edəcək.
Yeni CEO-nun əmək haqqı paketi də diqqət çəkir: Luke Mills-in illik əsas maaşı 1,375 milyon funt-sterlinq (təxminən 1,85 milyon ABŞ dolları) təşkil edəcək. O, əlavə olaraq illik 5,5 milyon funt-sterlinqədək bonus və uzunmüddətli performans göstəricilərinə əsasən, əsas maaşının səkkiz mislinə qədər səhm mükafatı ilə mükafatlandırıla bilər.
Qeyd edək ki, GSK-nın bazar kapitallaşması 2025-ci ilin əvvəlindən bu günə kimi 10,4% artaraq 59,8 milyard funt-sterlinqə yüksəlib. Bu, şirkətə və yeni rəhbərliyə olan inamın artdığını göstərir.