BİZNES

25 Sentyabr

Donald Trump TikTok müqaviləsini bu həftə imzalayacaq – ABŞ istifadəçilərinin məlumatları qorunacaq

Finss.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump bu həftə TikTok sosial şəbəkəsi ilə bağlı mühüm müqaviləni imzalayacaq. Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, sözügedən müqavilə nəticəsində TikTok-un Amerika istifadəçilərinə dair məlumatları ABŞ daxilində təhlükəsiz şəkildə saxlanılacaq və Çin hökumətinin bu məlumatlara çıxışı mümkün olmayacaq. Müqavilənin məqsədi TikTok-un ABŞ bazarındakı fəaliyyəti zamanı milli təhlükəsizlik risklərini minimuma endirməkdir.