Azərbaycan biznes mühitində uğurlu fəaliyyət göstərən şirkətlər üçün düzgün büdcə idarəçiliyi kritik əhəmiyyət kəsb edir.
Bu barədə Finss.az-a biznes eksperti Sakit Səmədov açıqlama verib.
Ekspertin sözlərinə görə, büdcə idarəçiliyində ən böyük problem ani coşquya qapılmaq, lüksə qaçmaq və xərclərin kontrol edilməməsidir:
"Büdcə idarəçiliyi ilə bağlı duyğusal toplumlarda ən böyük problem bundan ibarətdir ki, ani coşqu, lüksə qaçmaq və xərclərin kontrol edilməməsi şirkətlərin çoxunu batırır və batırmağa davam edir. Bu istiqamətdə diqqət etməli olduğumuz ən önəmli amil mövcud şirkəti dayanıqlı etmək, onun nağd daxilolmalarını, büdcə gücünü və sərmayəsini düzgün toplamağa yönəldə bilməyimizdir. Əgər bunu bacarsaq, büdcə idarəçiliyində xərclərə diqqət edərək qazandığımız gəlirin müəyyən qismini kənara qoyub idarəetmədə istifadə edə bilərik. Eyni zamanda, komanda yetişdirməyə yönəlsək, büdcəni israf etməsək və lüks ofisə və şəxsi brendə xərcləmək əvəzinə şirkətin məhsul və brendinin inkişafına yönəltsək, şirkətin satışı və gəliri eyni mexanizmdə güclü nağd axışla təmin olunacaqdır."
S.Səmədov vurğulayıb ki, uğurlu bizneslər büdcələrini idarə edərkən əsas diqqəti:
- Nağd daxilolmaların düzgün toplanmasına,
- Xərclərin planlı şəkildə yönləndirilməsinə,
- Komanda inkişafına
verirlər. Eyni zamanda, resursları lüks ofis və şəxsi brend əvəzinə şirkətin məhsul və brendinin inkişafına yönəltmək həm satışın, həm də gəlirin davamlı artımını təmin edir.
Fuad Mədətov
Finss.az