BİZNES

24 Sentyabr

Berkshire Hathaway Mitsui & Co-nun əsas səhmdarına çevrildi

Finss.az xəbər verir ki, Warren Buffett-ə məxsus Berkshire Hathaway investisiya şirkəti Yaponiyanın Mitsui Co ticarət evində əsas səhmdar statusunu əldə edib. 21 sentyabr 2025-ci il tarixində Mitsui şirkəti Berkshire-in 10%-dən çox səsvermə hüququna malik olduğunu bildirib.

Mitsui qeyd edir ki, səhmlərin alışı Berkshire Hathaway-in 100%-lik törəmə şirkəti vasitəsilə həyata keçirilib.

Digər tərəfdən, CNBC xəbər verir ki, Berkshire Hathaway Çin elektrik avtomobili istehsalçısı BYD-dəki bütün səhmlərini satıb. Şirkətin bu investisiyadan xeyli gəlir əldə etdiyi bildirilir.