BİZNES

24 Sentyabr

Çin Mərkəzi Bankı kredit faiz dərəcələrini sabit saxladı

Finss.az xəbər verir ki, Çin Xalq Bankı (NBK) birillik və beşillik Kredit Faiz Dərəcələrini (LPR) avqust iclasında dəyişməz saxlayıb. Beləliklə, 1 illik LPR 3,45%, 5 illik LPR isə 3,95% səviyyəsində ardıcıl dördüncü ay sabit qalıb.

NBK son dəfə may ayında faiz dərəcələrini 10 baza bəndi endirmişdi. Təhlilçilər bu dəfə də hər hansı bir dəyişiklik gözləmirdilər və qərar bazar gözləntiləri ilə üst-üstə düşüb.

Kredit Faiz Dərəcəsi (Loan Prime Rate - LPR) 2019-cu ildən etibarən Çin Mərkəzi Bankının rəsmi faiz dərəcəsi göstəricisi kimi istifadə olunur. 1 illik LPR qısa müddətli biznes kreditlərinə, 5 illik LPR isə ipoteka kreditlərinə birbaşa təsir göstərir.