Finss.az xəbər verir ki, qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir unsiya üçün 3800 dolları keçərək tarixi maksimum səviyyəyə çatıb. Dekabr fyuçersləri üzrə qızılın dəyəri ticarət zamanı 3818,8 dollar həddinə qədər yüksəlib.
Moskva vaxtı ilə saat 12:16-da, qiymətli metal bir unsiya üçün 3817,5 dollara satılıb. Bu da əvvəlki bağlanış qiymətindən 1,1% yüksək göstəricidir.
Qızılın bu artımı ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcələrini 25 baza bəndi azaltmasından və dolların zəifləməsindən qaynaqlanır. Eyni zamanda zəif əmək bazarı fonunda FED-in pul siyasətini yumşaltmağa davam edəcəyi gözlənilir.