BİZNES

24 Sentyabr

FED rəsmisi: Trampın rüsumları inflyasiyaya ciddi təsir göstərməyib

Federal Ehtiyatlar Sisteminin (FED) İdarə Heyətinin üzvü Stiven Miran bildirib ki, Donald Tramp administrasiyası tərəfindən əksər ölkələrdən idxal olunan məhsullara tətbiq edilən gömrük rüsumları ABŞ-da inflyasiyanın artımına ciddi təsir göstərməyib.

Miran CNBC-yə verdiyi açıqlamada qeyd edib: "Mən tariflərin inflyasiyaya əhəmiyyətli təsir etdiyini görmürəm. Belə sübutlar yoxdur." O, ABŞ-da inflyasiya ilə bağlı narahatlıqların daha çox daxili iqtisadi amillərlə bağlı olduğunu vurğulayıb.

Stiven Miran eyni zamanda, FED-in Çərşənbə günü qəbul etdiyi 25 baza bəndlik faiz endirimini dəstəkləməyib və daha böyük – 50 baza bəndi həcmində kəsintinin vacib olduğunu bildirib. Bu qərara qarşı səs verən yeganə FOMC üzvü kimi, o, daha aqressiv pul siyasətini müdafiə edib.