Finss.az xəbər verir ki, ABŞ Əmək Departamentinin son məlumatına görə, ilk dəfə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı keçən həftə 33 min nəfər azalaraq 231 min nəfərə düşüb. Bu, əmək bazarında müsbət dinamikanın bərpa olunduğuna dair siqnal kimi qiymətləndirilir.
Xatırladaq ki, əvvəlki həftə bu göstərici 264 min nəfər səviyyəsində idi və bu, 2021-ci ilin oktyabrından bəri qeydə alınan ən yüksək göstərici hesab olunur.
Trading Economics platformasının analitiklərinin proqnozlarına əsasən, yeni müraciətlərin 240 min nəfərədək azalacağı gözlənilirdi. Lakin real rəqəm 231 min səviyyəsində olaraq gözləntiləri üstələyib. Bu, ABŞ-da əmək bazarının möhkəmliyinin bir göstəricisi kimi dəyərləndirilir.
Qeyd edək ki, işsizlik müavinəti üçün ilk müraciətlərin sayı iqtisadiyyatın ümumi vəziyyətini və iş bazarındakı aktivliyi göstərən önəmli indikatorlardan biridir.