BİZNES

22 Sentyabr

Mars 2026-cı ilə qədər Avropada 1 milyard avro sərmayə yatıracaq

Amerikalı qida nəhəngi Mars, 2026-cı ilin sonunadək Avropa İttifaqındakı fəaliyyətini genişləndirmək və modernləşdirmək məqsədilə 1 milyard avro investisiya ayıracağını elan edib. Sərmayə həmçinin karbon izlərinin azaldılması və davamlı istehsal texnologiyalarının tətbiqi üçün istifadə olunacaq.

Layihələr arasında Polşanın Yanaşov şəhərində yerləşən şokolad fabrikinin genişləndirilməsi üçün 250 milyon avro vəsait ayrılması da yer alır.

Şirkət son 5 ildə Avropa Birliyində artıq 1,5 milyard avrodan çox sərmayə qoyub.