BİZNES

19 Sentyabr

Ölkəmizdə II dəfə “Təchizat Zənciri Liderləri Zirvəsi” keçiriləcək!

Finss.az29 oktyabr 2025-ci il tarixində Bakının Gülüstan Sarayında baş tutacaq Zirvə Azərbaycanın strateji təchizat sektorunda mühüm dönüş nöqtəsi olacaq. Tədbir dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri və qabaqcıl şirkətləri bir araya gətirəcək. Zirvə dayanıqlı, çevik və rəqəmsallaşdırılmış təchizat zəncirinin qurulması üçün mühüm platforma rolunu oynayacaq.

“Dayanıqlı gələcəyə doğru birlikdə” konsepti ilə keçirilən Zirvə Azərbaycanın qlobal bazarda rəqabət qabiliyyətini artırmağa xidmət edən yeni təşəbbüslərin müzakirəsi üçün unikal imkan yaradacaq.

Zirvənin əsas məqsədi ekoloji, iqtisadi və sosial baxımdan davamlı təchizat zəncirinin formalaşdırılmasıdır. Bununla yanaşı, dövlət satınalmalarında şəffaflıq, hesabatlılıq və rəqəmsal transformasiya kimi mövzular da tədbirin diqqət mərkəzində olacaq.

Zirvə bir gün davam edəcək və 3 panel müzakirəsindən ibarət olacaq:

  • “Dövlət Satınalmalarında Peşəkarlıq” – dövlət satınalmalarının son illərdə keçirdiyi dəyişikliklər, modernləşmə prosesi, şəffaflıq və hesabatlılıq prinsipləri.

  • “Təchizat Zəncirinin Rəqəmsal Transformasiyası” – rəqəmsal həllərin əməliyyatların sürətlənməsinə, xərclərin azaldılmasına və qərar qəbuletmə prosesinə təsiri.

  • “Təchizat Zəncirində Risklərin İdarə Edilməsi” – qlobal qeyri-müəyyənliklər fonunda risklərin idarə olunması, ehtiyat strategiyaları və çevik yanaşmalar.

Zirvə Azərbaycanın təchizat zəncirində mövcud problemlərin həllinə dair praktiki yanaşmalar təqdim etməklə davamlı inkişaf üçün mühüm zəmin yaradır. Tədbir həm də dövlət qurumları ilə özəl sektor arasında körpü rolunu oynayaraq əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə töhfə verir.

“Təchizat Zənciri Liderləri Zirvəsi”nə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi saytına (www.sclforum.az) keçid edə və sosial media hesablarımızdan ətraflı məlumatı əldə edə bilərsiniz.

Facebook: //www.facebook.com/profile.php?id=61556576487637
İnstaqram: //www.instagram.com/sclforum
Linkedln: //www.linkedin.com/company/t%C9%99chizat-z%C9%99nciri-liderl%C9%99ri-forumu/?viewAsMember=true