Finss.az xəbər verir ki, neftin qiymətləri ardıcıl üç seans artımın ardından çərşənbə səhəri bir qədər ucuzlaşıb.
London ICE birjasında Brent markalı neftin noyabr fyuçersləri 0,13 dollar və ya 0,19% azalaraq 68,34 dollar/barel səviyyəsinə enib. Xatırladaq ki, Brent çərşənbə axşamı 1,5% bahalaşmışdı.
Nyu-York NYMEX birjasında isə WTI markalı neftin oktyabr fyuçersləri 0,10 dollar və ya 0,15% ucuzlaşaraq 64,42 dollar/barel olub. Əvvəlki sessiyada WTI 1,22 dollar və ya 1,9% bahalaşmışdı.
İnvestorlar hazırda Rusiya neft sektoruna tətbiq edilə biləcək sanksiyalar, infrastruktur tətillərinin tədarüklərə təsiri və FED-in gözlənilən faiz qərarını diqqətlə izləyirlər.