Finss.az xəbər verir ki, Rusiya Misirdə günəbaxan yağı istehsalının təşkili ilə bağlı planları müzakirə edir. Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk Qahirəyə səfəri zamanı jurnalistlərə açıqlama verib.
Overçuk bildirib ki, Rusiya və Misir kənd təsərrüfatı sahəsində fəal əməkdaşlıq edir, xüsusilə günəbaxan yağı emal zavodunun yaradılması gündəmdədir. O, Misirin baş naziri Mustafa Madbouli, sənaye və nəqliyyat naziri Kamal Vəzir, investisiya və xarici ticarət naziri Həsən Xətib ilə görüşlər keçirib.
Tərəflər, kənd təsərrüfatı ilə yanaşı, enerji sahəsində – o cümlədən nüvə və digər enerji növləri üzrə əməkdaşlığı da müzakirə ediblər.
2024-cü ildə Rusiya Misirə 3 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib. Əsas məhsul buğda olub – ümumi tədarükün 84%-ni, günəbaxan yağı isə 13%-ni təşkil edib.