BİZNES

17 Sentyabr

IEA: Neft və qaz hasilatının saxlanması üçün illik 540 milyard dollar sərmayə tələb olunur

Finss.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) proqnozlarına əsasən, 2050-ci ilə qədər neft və qaz hasilatını hazırkı səviyyədə saxlamaq üçün sənaye sahəsinə ildə təxminən 540 milyard dollar sərmayə tələb olunacaq. Bu barədə Bloomberg məlumat yayıb.

IEA-nın enerji təchizatı bölməsinin rəhbəri Kristof Makqley qeyd edib ki, 2025-ci ildə bu rəqəm təxminən 570 milyard dollar olacaq ki, bu da 2024-cü illə müqayisədə bir qədər azdır.

Proqnozlar 15 mindən çox neft və qaz yatağının təhlili və həmin yataqlarda hasilatın azalma sürətinə əsaslanır. Əgər bu qədər sərmayə yatırılmasa, qlobal hasilat hər il 5 milyon barel səviyyəsində azalacaq ki, bu da Norveç və Braziliyanın birgə hasilatına bərabərdir.

Bundan əlavə, qlobal bazarda 2025 və 2026-cı illərdə təklifin artacağı, yəni təklif bolluğu yaşanacağı gözlənilir. BP Plc proqnozlaşdırır ki, OPEC-ə daxil olmayan ölkələrin hasilatı 2026-cı ilin əvvəlindən 12-18 ay ərzində sabit qalacaq.