Finss.az xəbər verir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkənin Qaraqalpaqıstan bölgəsində, Ustyurt ərazisində böyük qaz yatağının kəşf edildiyini açıqlayıb. Mətbuat xidmətinin məlumatına görə, ölkə tarixində ilk dəfə olaraq 6500 metr dərinlikdə quyu qazılıb və nəticədə zəngin qaz ehtiyatları aşkar edilib.
Qaz yatağının təxmini ehtiyatları və qazma işlərini aparan şirkətlərin adları hələlik açıqlanmayıb.
Prezident əlavə edib ki, Özbəkistan həmçinin volfram, molibden, titan və digər texnoloji minerallar üzrə də zəngin resurslara sahibdir. Onun sözlərinə görə, bu resurslar üzrə dünya ehtiyatlarının 10-15%-i Mərkəzi Asiyada yerləşir.