BİZNES

17 Sentyabr

Avropa İttifaqı Çin və Hindistan şirkətlərinə Rusiya nefti ilə bağlı sanksiyalar tətbiq edə bilər

Finss.az Bloomberg-ə istinadla xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiya neftinin satışında iştirak edən Çin və Hindistan şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək ehtimalını nəzərdən keçirir. Mənbələr bildirir ki, bu addım Aİ-nin Rusiyaya qarşı yeni sanksiya paketinin tərkib hissəsi ola bilər.

Paralel olaraq, ABŞ da Rusiyadan neft alan ölkələrə qarşı rüsum tətbiqini gündəmə gətirib. ABŞ maliyyə rəsmiləri G7 ölkələrini bu təşəbbüsə qoşulmağa çağırır. Təklifə əsasən, Hindistan və Çindən gələn mallara 100%-lik tarif tətbiqi nəzərdə tutulur.

Bloomberg-in məlumatına görə, G7 ölkələri yaxın həftələrdə bu istiqamətdə təkliflər hazırlaya bilər.