BİZNES

17 Sentyabr

İngiltərə Bankının stabilkoinlərə məhdudiyyət planı kriptovalyuta sənayesində narahatlıq doğurur

Finss.az xəbər verir ki, kriptovalyuta sənayesinin nümayəndələri İngiltərə Bankını stabilkoinlərə qoyulacaq sahiblik məhdudiyyətlərindən imtina etməyə çağırırlar. Böyük Britaniya mərkəzi bankı bank sistemindən vəsait çıxışı riskinə görə fiziki şəxslər üçün 10-20 min funt sterlinq, müəssisələr üçün isə 10 milyon funt sterlinq həcmində limitlər tətbiq etməyi planlaşdırır.

Söhbət yalnız sistemli stabilkoinlərdən gedir – ölkə daxilində geniş istifadə olunan və ya istifadəsi planlaşdırılan sabit kriptovalyutalar nəzərdə tutulur.

Kriptovalyuta və ödəniş şirkətləri bildirirlər ki, bu kimi məhdudiyyətlər Böyük Britaniyanı ABŞ və Aİ kimi bazarlardan geridə qoyacaq, innovasiya üçün əlverişsiz mühit yaradacaq və rəqəmsal maliyyə sektorunun inkişafını ləngidəcək.

Bu tədbirlərin idarəetmə xərclərini artıracağı və bazarda rəqabət qabiliyyətini azaldacağı da vurğulanır.