Finss.az - Sentyabrın 16-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 55 nəqliyyat vasitəsi satılıb.
Nəqliyyat vasitələrinə sifarişlərin çox olması hərracı rəqabətli edib. Start qiyməti 18.000 manat olan “Land Rover Defender” markalı avtomobil 32.000 manata, 24.250 manat olan lot üzrə avtomobillər isə 35.000 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Cari ay ərzində növbəti hərraclar 23 və 30 sentyabr tarixlərində keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.