Finss.az xəbər verir ki, Çin dünyanın ən böyük germanium istehsalçısı olsa da, 2025-ci ilin yanvar-iyul aylarında bu metalın ABŞ-a ixracı 40% azalıb. Məlumat Silverado Policy Accelerator tərəfindən təqdim olunub.
Bu azalma, ABŞ və Hollandiya tərəfindən Çin şirkətlərinə qabaqcıl mikroçiplərin satışına tətbiq olunan məhdudiyyətlərə qarşı Çin hökumətinin cavab tədbirləri çərçivəsində həyata keçirilir.
Eyni zamanda, Rusiya da germanium tədarükündə əsas oyunçulardan biri olsa da, Ukrayna müharibəsinə görə tətbiq edilən Qərb sanksiyaları nəticəsində bu ölkənin bazara çıxışı məhdudlaşıb.
Lipmann Walton Co. treyderi Aaron Jerome bildirib ki, “Çin məhdudiyyətləri spot bazarın mövcudluğunu qeyri-mümkün etdi. Əvvəllər 100 kq germanium alırdıqsa, indi 10 kq tapmaq belə çətindir – özü də 3-4 dəfə baha qiymətə”.
Nəticədə, germanium kimi nadir metalların qiyməti sürətlə yüksəlir və qabaqcıl texnologiyalar üçün zəruri olan bu resursa çıxış qərb ölkələri üçün strateji problemə çevrilir.