Finss.az xəbər verir ki, Morgan Stanley analitikləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətinə dair proqnozlarını düzəldərək, 2026-cı ilin yanvarına qədər faizlərin 100 baza bəndi (bps) azaldılacağını gözlədiklərini açıqlayıblar.
Bank bu dəyişiklikləri ABŞ əmək bazarında risklərin artması ilə əlaqələndirir. Son statistikaya əsasən, işsizlik müavinəti üçün ilk müraciətlərin sayı bir həftə ərzində 27 min artaraq 263 min nəfərə çatıb. Bu, 2021-ci ilin oktyabr ayından bəri ən yüksək səviyyədir.
ABŞ Əmək Departamentinin əvvəlki məlumatına görə, avqustda 75 min yeni iş yeri yaradıldığı halda, sentyabrın əvvəlində bu rəqəm yalnız 22 min olub.
Morgan Stanley analitikləri FED-in növbəti faiz azaldılması qərarlarını 2025-ci ilin oktyabr, dekabr və 2026-cı ilin yanvar iclaslarında da gözləyirlər.