BİZNES

15 Sentyabr

Avrasiya İttifaqında kosmetik məhsulların tərkibinə dair yeni tələblər qəbul edilib

Finss.az xəbər verir ki, Avrasiya İqtisadi Komissiyasının Şurası Avrasiya İqtisadi İttifaqının (Aİİ) kosmetika və parfümeriya məhsullarının təhlükəsizliyini tənzimləyən texniki reqlamentinə mühüm düzəlişlər qəbul edib.

Yeni dəyişikliklər kosmetik vasitələrin tərkibinə qoyulan tələblərin dəqiqləşdirilməsi və yenilənməsini əhatə edir. Dəyişikliklərə əsasən:

  • İstifadəsi qadağan olunan maddələrin siyahısı yenilənib;

  • Məhdudiyyətlərlə istifadəsinə icazə verilən komponentlər dəqiqləşdirilib;

  • İcazə verilən boyaqlar, konservantlar və UV filtrlərinin siyahısı aktual məlumatlara əsasən təkmilləşdirilib.

Avrasiya İqtisadi Komissiyası bildirir ki, bu addım kosmetik məhsulların istifadəçi sağlamlığı üçün təhlükəsizliyinin artırılması məqsədilə atılıb. Qəbul olunmuş dəyişikliklər rəsmi dərc edilmə tarixindən 12 ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına hazırda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir. Tərəfdaş ölkələrdə fəaliyyət göstərən kosmetika və parfümeriya istehsalçıları bu müddət ərzində istehsal texnologiyalarını və tərkib formulalarını yeni tələblərə uyğunlaşdırmalı olacaqlar.