BİZNES

15 Sentyabr

Sabadell-in direktorlar şurası səhmdarlara səhmlərini BBVA-ya satmamağı tövsiyə edir

Finss.az xəbər verir ki, İspaniyanın Sabadell bankının direktorlar şurası səhmdarlara düşməncəsinə satın alma ilə razılaşmamağı və səhmlərini daha böyük Banco Bilbao Vizcaya Argentaria (BBVA) bankına satmamağı tövsiyə edib.

"Direktorlar şurası yekdilliklə səhmdarlarına BBVA-nın təklif etdiyi əməliyyatda iştirak etməməyi tövsiyə etməyi məqsədəuyğun hesab edir", - Sabadell açıqlamasında bildirib.

BBVA sentyabrın 8-də Banco de Sabadell səhmlərini almaq üçün təklif irəli sürdüyünü elan etdi. Səhmdarlar oktyabrın 7-dək öz səhmlərini satacaqlar, təklifin nəticələri isə oktyabrın 14-də gözlənilir. BBVA 5,5483 Sabadell səhmi üçün öz səhmlərindən birini və 0,7 avronu nağd şəkildə təklif edir.

Cümə axşamı bağlanış qiymətinə əsasən, BBVA-nın təklifi Sabadell-i 15,3 milyard avro dəyərində qiymətləndirir. Sabadellin idarə heyəti hesab edir ki, Sabadellin təklifi bankı dəyərsizləşdirir.