BİZNES

15 Sentyabr

ABŞ-da İpoteka Faizləri Kəskin Aşağı Düşdü – 2025-ci ilin Ən Yüksək Enməsi Qeyd Alındı

Finss.az xəbər verir ki, ABŞ-da 30 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi bir həftə ərzində 6,5%-dən 6,35%-ə düşüb, bu da son bir ilin ən yüksək həftəlik azalma tempi kimi qiymətləndirilir. Bu göstərici bir il əvvəl 6,2% idi.

ABŞ hökumətinin ipoteka sektoru üzrə əsas institutlarından biri olan Freddie Mac-in məlumatına əsasən, faizlərdəki bu azalma ipoteka bazarında hərəkətliliyin artmasına səbəb ola bilər.

15 illik ipoteka kreditləri üzrə faiz dərəcəsi isə ötən həftəki 5,6%-dən 5,5%-ə, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,27%-dən aşağı düşüb.

Mütəxəssislər bu azalmaları iqtisadi artımın yavaşlaması, inflyasiyanın səngiməsi və Federal Ehtiyat Sisteminin faiz siyasətindəki gözləntilərlə əlaqələndirirlər.