Finss.az xəbər verir ki, Volkswagen AG 2030-cu ilə qədər süni intellekt texnologiyalarına 1 milyard avro həcmində sərmayə yatırmağı planlaşdırır. Bu barədə məlumat Münhendə keçirilən IAA Mobility beynəlxalq sərgisində açıqlanıb.
Şirkət süni intellekti bütün istehsal və idarəetmə proseslərinə inteqrasiya etməklə, həm xərclərə qənaət, həm də innovasiyaların sürətləndirilməsi məqsədi güdür. Avtomobil dizaynı, istehsal, sənaye tətbiqləri və İT infrastrukturunun inkişafı əsas investisiya sahələri olacaq.
Volkswagen hesab edir ki, 2035-ci ilə qədər bu texnologiyanın tətbiqi sayəsində 4 milyard avroya qədər qənaət əldə olunacaq. Şirkətin CIO-su Hauke Stars bildirib:
"Süni intellekt bizim üçün dəyər zəncirinin hər mərhələsində sürət, keyfiyyət və rəqabət üstünlüyü deməkdir."