BİZNES

11 Sentyabr

Kazan Digital Week 2024: 60 ölkədən 20 min iştirakçı və 100-ə yaxın biznes tədbiri

Finss.az xəbər verir ki, Kazan Digital Week beynəlxalq texnologiya forumu bu il 17-19 sentyabr tarixlərində Tatarıstanın paytaxtı Kazanda keçiriləcək. Rusiya Rəqəmsal İnkişaf Nazirliyinin rəhbərinin sözlərinə görə, tədbir çərçivəsində 100-ə yaxın biznes yönümlü sessiya və panel müzakirəsi təşkil olunacaq.

Forumda 20 mindən çox iştirakçı, 200 şirkət və 15 min kvadratmetrlik sərgi sahəsi nəzərdə tutulur. Bu, ilk forumla müqayisədə təxminən iki dəfə çoxdur. Tədbirə 60 ölkədən nümayəndələr qatılacaq və qabaqcıl rəqəmsal texnologiyalar, innovasiyalar və həllər təqdim olunacaq.

Nazir Şadayev bildirib ki, forum artıq beynəlxalq səviyyədə ciddi maraq doğurur və dünyanın müxtəlif ölkələrindən rəqəmsal texnologiyalar üzrə mütəxəssisləri bir araya gətirir.