Microsoft və Nebius Qrupu arasında süni intellekt infrastrukturu üzrə 17,4 milyard dollar dəyərində 5 illik müqavilə bağlanıb. Razılaşmaya əsasən, Nebius 2025-ci ilin sonundan etibarən ABŞ-ın Nyu Cersi ştatının Vineland şəhərindəki yeni məlumat mərkəzi vasitəsilə Microsoft-a qrafik prosessorlarla təchiz olunmuş AI imkanları təqdim edəcək.
Xidmətlərin yerləşdirilməsi 2025 və 2026-cı illərdə iki mərhələdə həyata keçiriləcək. Əgər Microsoft əlavə xidmətlər sifariş edərsə, müqavilənin dəyəri 19,4 milyard dollara qədər yüksələ bilər.
Nebius-un qurucusu Arkadi Volojun bildirib ki, bu əməkdaşlıq 2026-cı ildən sonra süni intellekt və bulud texnologiyaları sahəsində ciddi artımı dəstəkləyəcək.