BİZNES

09 Sentyabr

Neft 2% Bahalaşdı – Trampın Sanksiyaları və OPEC+ Qərarı Bazarları Qarışdırdı

Finss.az xəbər verir ki, neft qiymətləri bazar ertəsi günü ərzində təxminən 2% artıb. Bahalaşma OPEC+ ölkələrinin hasilatla bağlı qərarı və ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalarla bağlı yeni açıqlamaları fonunda baş verib.

 London ICE birjasında Brent markalı noyabr fyuçersləri 1,31 dollar (2%) bahalaşaraq bir barelə görə 66,81 dollar,
NYMEX birjasında WTI markalı oktyabr fyuçersləri 1,23 dollar (1,99%) bahalaşaraq 63,1 dollar olub.

 Qeyd edək ki, cümə günü Brent 2,22%, WTI isə 2,54% ucuzlaşmışdı. Bu eniş OPEC+ hasilatı artıra bilər narahatlığı ilə bağlı idi.

 Sentyabrın 7-də keçirilən iclasda, OPEC+-a daxil olan 8 ölkə, oktyabr ayında hasilatı gündə 137 min barel artırmaq barədə razılığa gəlib. Bəyanatda bildirilir ki, bu qərar qlobal iqtisadi sabitlik və aşağı neft ehtiyatları fonunda qəbul edilib.

Bu hadisələr enerji bazarında təklif və tələbin balansı, həmçinin geosiyasi risklər baxımından mühüm əhəmiyyət daşıyır.