BİZNES

08 Sentyabr

Brent markalı neftin bir barreli 66,33 dollara kimi bahalaşıb

Finss.az xəbər verir ki, bazar ertəsi səhər neft qiymətləri yüksəlir, treyderlər OPEC+ qərarını və Vaşinqtonun Rusiyaya qarşı sanksiyalarla bağlı yeni bəyanatlarını qiymətləndirirlər.

Moskva vaxtı ilə saat 8:15-də Londonun ICE Futures birjasında noyabrın 15-də Brent markalı neftin bir barelinin qiyməti 0,83 dollar (1,27%) artaraq 66,33 dollar olub. Cümə günü Brent 1,49 dollar (2,22%) ucuzlaşaraq 65,50 dollar/barelə düşüb.

Bu vaxta kimi Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin oktyabr fyuçerslərinin qiyməti 0,77 dollar (1,24%) artaraq bir barelə görə 62,64 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə 1,61 dollar (2,54%) ucuzlaşaraq 61,87 dollar/barel olub.

Ötən həftə Brent və WTI fyuçersləri OPEC+ ölkələrinin hasilatı artıracağı təqdirdə bazarda artıq təklifin formalaşması ilə bağlı narahatlıqlar səbəbindən 3%-dən çox ucuzlaşıb.