Finss.az Yeni dövlət standartları mineral yağ tədarükçüləri və son istifadəçiləri üçün praktiki təlimat vasitəsi olacaq, o cümlədən neft və kimya sahələrində mövcud normativlərin təkmillləşdirilməsinə təkan verəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən neft və kimya sahəsində 8 yeni dövlət standartı qəbul edilib:
-
AZS CT PK 2473:2025 “Mexaniki transmissiya sistemləri üçün GL-4, GL-5 kateqoriyaları üzrə bütün mövsümlərdə işləyən yağlar. Texniki şərtlər;
-
AZS ГОСТ 30333:2025 “Kimyəvi məhsulların təhlükəsizlik pasportu. Ümumi tələblər”;
-
AZS ГОСТ P 51634:2025 “Avtotraktor mühərrik yağları. Ümumi texniki tələblər”;
-
AZS СТ РК 2471:2025 “API üzrə SF, SJ, SL, SM, SN, CF-4, CG-4, CH-4, CL-4, CJ-4 kateqoriyaları üçün bütün mövsümlərdə işləyən universal motor yağları. Texniki şərtlər”;
-
AZS ГОСТ 28084:2025 “Aşağıdonan soyuducu mayelər”;
-
AZS ГОСТ 33341:2025 “İstilik mübadilə sistemləri üçün bütün mövsümlərdə işləyən aşağıdonan tərkiblər və soyuducu mayelər. Texniki şərtlər”;
-
AZS СТ РК 2468:2025 “АУП hidravlik yağ. Texniki şərtlər”;
-
AZS СТ РК 2467:2025 “ МГЕ - 46В hidrohəcmli ötürücülər üçün yağ. Texniki şərtlər”.
Bu standartların tətbiqində məqsəd sürtkü yağlarının istehsalının genişləndirilməsi və onların təhlükəsizlik tələblərinin vahid norma və qaydalar əsasında müəyyənləşdirilməsindən ibarətdir.
Yeni dövlət standartları “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər”in standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 34) müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd: Yeni dövlət standartları “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın 8.2.2-ci bəndinin icrası çərçivəsində "Sürtkü materiallarına, yağlara və xüsusi mayelərə olan tələblər haqqında" texniki reqlamentin istinad standartları kimi istifadə olunması məqsədilə müvafiq beynəlxalq standartların autentik tərcüməsi əsasında hazırlanıb”.