Finss.az xəbər verir ki, Avropa Komissiyası (AK) Mercosur Tərəfdaşlıq Sazişi (EMPA) və Meksika ilə modernləşdirilmiş qlobal saziş (MGA) üçün təsdiq təkliflərini Şuraya təqdim edib. Hər iki sazişin qüvvəyə minməsi üçün əvvəlcə Avropa Parlamenti və Şura tərəfindən təsdiq olunması tələb olunur.
AK prezidenti Ursula fon der Leyen bildirib ki, bu sazişlər Aİ-nin iqtisadi gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir, ticarətin şaxələndirilməsinə, yeni tərəfdaşlıq əlaqələrinin inkişafına və yeni biznes imkanlarının yaradılmasına xidmət edəcək. Fon der Leyen əlavə edib ki, Aİ biznesləri və aqro-ərzaq sektoru aşağı tariflər və xərclərdən dərhal faydalanacaq, bu da iqtisadi artımı və iş yerlərinin yaradılmasını dəstəkləyəcək.