Finss.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran neftinin qaçaqmalçılığı ilə məşğul olan gəmiçilik şəbəkəsinə sanksiya tətbiq edib.
Açıqlamada qeyd olunur ki, şəbəkə İran neftini İraq mənşəli neftlə qarışdıraraq sırf İraq nefti kimi satışa çıxarıb və bu yolla sanksiyalardan yayınmağa çalışıb. Bu sxem həm şəbəkənin rəhbəri, həm də İran üçün yüz milyonlarla dollar gəlir təmin edib.
Sanksiya siyahısına İraq və Sent Kitts-Nevis vətəndaşlığına malik Valid əl-Samarra da daxil edilib. ABŞ Maliyyə naziri Scott Bessent bildirib ki, məqsəd İranın təsirini zəiflətmək və ölkənin neft gəlirlərindən istifadə edərək ABŞ və müttəfiqlərinə qarşı hücum təşkil etmək imkanlarını məhdudlaşdırmaqdır.