Finss.az xəbər verir ki, İsveçrə qızıl istehsalçıları Donald Tramp administrasiyasının təzyiqlərinə baxmayaraq, ABŞ-də yeni zavodlar açmağı planlaşdırmırlar.
Keçmiş diplomat Tomas Borer qızıl emalının bir hissəsini ABŞ-ə köçürməyi təklif etsə də, istehsalçılar bu fikri dəstəkləməyib. İsveçrə qızıl istehsalçıları son vaxtlar ABŞ-ə böyük həcmdə qızıl ixrac edir, bu isə Vaşinqtonda narazılığa səbəb olub. ABŞ İsveçrə mallarına 39% rüsum tətbiq etməyi planlaşdırır.
İsveçrədə siyasətçilər və iş adamları qızıl ixracını çətinləşdirməyi, hətta məhdudlaşdırmağı və əlavə vergi tətbiq etməyi müzakirə edirlər.