Finss.az xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) və Çin Dəmir Yolu Daşınmaz Əmlak Qrupu Pekində Çin-Rusiya ticarət, iqtisadi və mədəniyyət mərkəzi layihəsində tərəfdaş olacaqlar.
Layihə Pekinin Azad Ticarət Zonasının mərkəzi biznes rayonunda innovativ və sənaye klasterinin yaradılmasını nəzərdə tutur. Bu klasterdə Rusiyanın ticarət və sənaye palataları, maliyyə institutları, enerji, kənd təsərrüfatı və digər strateji sektorlarda fəaliyyət göstərən aparıcı şirkətlərin yerləşməsi planlaşdırılır.
RDIF-in baş direktoru Kirill Dmitriyev bildirib ki, mərkəzin tikintisi iki ölkə arasında iqtisadi əlaqələri stimullaşdıracaq və ikitərəfli münasibətləri möhkəmləndirəcək.