Finss.az xəbər verir ki, Rusiyanın kömür sənayesində böhran dərinləşir. Dövlət katibi və energetika nazirinin müavini Dmitri İslamovun sözlərinə görə, hazırda 53 müəssisə “qırmızı zona”da olsa da, onlardan 23-ü artıq fəaliyyətini dayandırıb. Əsas zərbə Kuzbass regionuna dəyib.
Ümumilikdə 129 kömür mədəni və şaxta dövlət dəstəyinə müraciət edib. Maliyyə Nazirliyinin hazırladığı qərar layihəsinə əsasən, şirkətlərə vergi və sığorta ödənişlərini 2025-ci ilin noyabrın 30-dək təxirə salmaq imkanı veriləcək.