BİZNES

01 Sentyabr

ABŞ-da istehlakçı inamı indeksi avqustda 58,2-yə düşüb

Finss.az xəbər verir ki, ABŞ-da istehlakçı inamı indeksi avqust ayında azalma nümayiş etdirib. Miçiqan Universitetinin yekun ölçmələrinə əsasən, indeks iyulda 61,7 olduğu halda avqustda 58,2-yə enib.

Daha əvvəl göstəricinin 58,6 səviyyəsində olduğu bildirilmişdi, lakin son hesablamalar endişələrin daha da artdığını göstərir. Trading Economics məlumatına görə, analitiklər bu rəqəmin yuxarı istiqamətdə yenidən nəzərdən keçiriləcəyini gözləmirdilər.

Qeyd edək ki, istehlakçı inamı indeksi son dörd ayda ilk dəfə azalıb, bu isə ABŞ iqtisadiyyatına dair ehtiyatlı yanaşmanı gücləndirir.