Finss.az xəbər verir ki, Almaniyanın Lufthansa aviaşirkəti Latviya milli aviaşirkəti olan airBaltic-in səhmdarı olub.
Rəsmi məlumata görə, hazırda airBaltic səhmlərinin bölgüsü belədir:
-
88,37% – Latviya dövləti,
-
10% – Lufthansa,
-
1,62% – maliyyə investoru Lars Toussaint (Aircraft Leasing 1 şirkəti vasitəsilə),
-
0,01% – digər sahiblər.
Şirkətin nizamnamə kapitalı 16,64 milyon avro artırılaraq 41,819 milyon avroya çatdırılıb. Dəyişikliklər 28 avqust 2025-ci il tarixində Latviya Müəssisələrin Reyestrində qeydiyyata alınıb.
Kapital artımı çərçivəsində iki yeni səhm buraxılıb və onlar məcburi konvertasiya yolu ilə paylanıb:
-
biri Deutsche Lufthansa AG-yə,
-
digəri isə Latviya dövlətinə məxsusdur.
Yeni emissiyanın hər bir səhminin nominal dəyəri 8,32 milyon avro, satış qiyməti isə 14 milyon avro müəyyən olunub.