BİZNES

28 Avqust

Çində iri sənaye şirkətlərinin mənfəəti 2025-ci ilin yanvar-iyulunda 1,7% azalıb

Finss.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, 2025-ci ilin yanvar-iyul aylarında iri sənaye şirkətlərinin ümumi mənfəəti 1,7% azalaraq 4,02 trilyon yuana (560 milyard dollar) düşüb. İllik gəliri 20 milyon yuanı keçən müəssisələr iri sənaye müəssisələri hesab olunur. Dövlət müəssisələrinin mənfəəti 7,5% azalsa da, özəl sektor 1,8% artım nümayiş etdirib. Əsas eniş kömür (-55,2%), neft-qaz (-12,6%) və kimya (-8%) sahələrində qeydə alınıb. Buna qarşılıq, aqrar-sənaye (+14,5%), kompüter və rabitə avadanlıqları (+6,7%) və elektrik avadanlıqları (+11,7%) üzrə mənfəət artımı müşahidə olunub. İyul ayında isə sənaye mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% azalıb.