American International Business Machines (IBM) və Advanced Micro Devices (AMD) kvant mərkəzli super hesablama arxitekturası üzərində birgə işləyəcək. Yeni nəsil hibrid hesablama platforması kvant və yüksək məhsuldar hesablamanı birləşdirəcək. IBM-in kvant kompüterləri sahəsindəki təcrübəsi və AMD-nin yüksək performanslı çipləri bu tərəfdaşlıqla sintez olunacaq. Açıq mənbə kodlu miqyaslana bilən platformalar real dünya problemlərini daha sürətli və effektiv həll etməyə imkan verəcək. IBM və AMD çiplərinin inteqrasiyasının ilkin nümayişi 2025-ci il ərzində planlaşdırılır. Bu əməkdaşlıq superkompüter performansını yeni səviyyəyə qaldırmaqla həm süni intellekt, həm də kvant hesablamalarında irəliləyiş təmin edəcək.