2025-ci ilin ilk yarısında Almaniya sənayesində iş yerlərinin sayı 114 min nəfər azalaraq ölkə iqtisadiyyatı üçün ciddi çağırış yaradıb. EY Federal Statistika İdarəsi (Destatis) məlumatlarına əsasən, avtomobil sənayesi 51,5 min iş yeri ilə iş yerlərinin azalmasında lider olub.
Pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə Almaniya sənayesində ümumilikdə 250 min, avtomobil sektorunda isə 112 min iş yeri itirilib. EY ekspertləri mənfəətin azalması, artıq tutum və xarici bazarlardakı problemlərin işçilərin ixtisarını qaçılmaz etdiyini bildirirlər.
Sənaye gəlirləri ikinci rübdə illik müqayisədə 2,1% azalıb, avtomobil sektoru isə 1,6% itki ilə diqqət çəkir. EY-nin proqnozuna görə, Almaniya sənayesində iş yerlərinin azalması prossesində korporativ xərclərin optimallaşdırılması və restrukturizasiya proqramları həlledici rol oynayacaq.