BİZNES

28 Avqust

TANAP vasitəsilə Avropaya ötürülən qazın həcmi 50 milyard kubmetrə çatıb

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya ötürülən təbii qazın həcmi 50 milyard kubmetrə çatıb.

Bu barədə Finss.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə “SOCAR Türkiye” şirkətinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, layihə Avropanın enerji təchizatını şaxələndirməklə yanaşı, regional təhlükəsizliyin möhkəmlənməsinə də mühüm töhfə verir. TANAP həmçinin Azərbaycan, Türkiyə və Avropa arasında uzunmüddətli iqtisadi və strateji əməkdaşlığın güclənməsinə şərait yaradır.

Qeyd edilir ki, TANAP Cənub Qaz Dəhlizinin əsas halqasıdır və Azərbaycan qazını Bakıdan İtaliyaya qədər uzanan xətt vasitəsilə daşıyır. Boru kəməri vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə 2018-ci il iyunun 30-da başlanılıb.

Fuad Mədətov
Finss.az