BİZNES

27 Avqust

Qarabağda yeni iş yerləri 87,7%, Şərqi Zəngəzurda 29,9% artıb - SİYAHI

2025-ci ilin 1-ci yarımilində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 1 601 yeni iş yeri açılıb.

Finss.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 615 vahid və ya 62,4% çoxdur. Hesabat dövründə Qarabağda 1 040 (87,7% artım), Şərqi Zəngəzurda isə 561 (29,9% artım) yeni iş yeri yaradılıb.

Qarabağ iqtisadi rayonunda ən çox yeni iş yeri Xankəndi şəhərində (385) yaradılıb, Şərqi Zəngəzurda isə Laçın rayonunda (244).

Yeni yaradılan iş yerlərinin bölgələr üzrə bölgüsü:

Qarabağ iqtisadi rayonu (cəmi 1 040):

  • Xankəndi: 385
  • Ağcabədi: 49
  • Ağdam: 102
  • Ağdərə: 18
  • Bərdə: 82
  • Füzuli: 56
  • Xocalı: 73
  • Xocavənd: 29
  • Şuşa: 17
  • Tərtər: 229

Şərqi Zəngəzur iqtisadi rayonu (cəmi 561):

  • Cəbrayıl: 106
  • Kəlbəcər: 160
  • Qubadlı: 40
  • Laçın: 244
  • Zəngilan: 11

2025-ci ilin ilk 6 ayında Azərbaycanda ümumilikdə 48,9 min yeni iş yeri açılıb. Yaradılmış iş yerlərinin 92,1%-i qeyri-dövlət sektorunda, 74,7%-i Bakı şəhərində, 1,1%-i Naxçıvan Muxtar Respublikasında, 24,2%-i digər regionlarda, o cümlədən 8,3% Abşeron-Xızı, 2,6% Quba-Xaçmaz, 2,5% Şəki-Zaqatala, 2,3% Gəncə-Daşkəsən, 2,1% Qarabağ, 1,4% Lənkəran-Astara, 1,1% Mərkəzi Aran, 1,1% Şərqi Zəngəzur, 1,0% Şirvan-Salyan, 0,8% Qazax-Tovuz, 0,5% Dağlıq Şirvan, 0,5% Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 10,8%-i yeni müəssisə və təşkilatlarda, 87,6%-i mövcud müəssisə və təşkilatlarda, 0,5%-i fəaliyyətini bərpa etmiş müəssisələrdə, 1,1%-i isə digər tədbirlər üzrə yaradılıb.

Bundan başqa, 2025-ci ilin birinci yarımilində ölkədə 4,3 min iş yeri bağlanıb, bunun 53,4%-i qeyri-dövlət sektorunun, 24,2%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 75,8%-i isə fəaliyyət göstərən müəssisələrdə aparılan ixtisarlarla əlaqədar olub.

Fuad Mədətov
Finss.az