2025-ci ilin 1-ci yarımilində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 1 601 yeni iş yeri açılıb.
Finss.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 615 vahid və ya 62,4% çoxdur. Hesabat dövründə Qarabağda 1 040 (87,7% artım), Şərqi Zəngəzurda isə 561 (29,9% artım) yeni iş yeri yaradılıb.
Qarabağ iqtisadi rayonunda ən çox yeni iş yeri Xankəndi şəhərində (385) yaradılıb, Şərqi Zəngəzurda isə Laçın rayonunda (244).
Yeni yaradılan iş yerlərinin bölgələr üzrə bölgüsü:
Qarabağ iqtisadi rayonu (cəmi 1 040):
- Xankəndi: 385
 - Ağcabədi: 49
 - Ağdam: 102
 - Ağdərə: 18
 - Bərdə: 82
 - Füzuli: 56
 - Xocalı: 73
 - Xocavənd: 29
 - Şuşa: 17
 - Tərtər: 229
 
Şərqi Zəngəzur iqtisadi rayonu (cəmi 561):
- Cəbrayıl: 106
 - Kəlbəcər: 160
 - Qubadlı: 40
 - Laçın: 244
 - Zəngilan: 11
 
2025-ci ilin ilk 6 ayında Azərbaycanda ümumilikdə 48,9 min yeni iş yeri açılıb. Yaradılmış iş yerlərinin 92,1%-i qeyri-dövlət sektorunda, 74,7%-i Bakı şəhərində, 1,1%-i Naxçıvan Muxtar Respublikasında, 24,2%-i digər regionlarda, o cümlədən 8,3% Abşeron-Xızı, 2,6% Quba-Xaçmaz, 2,5% Şəki-Zaqatala, 2,3% Gəncə-Daşkəsən, 2,1% Qarabağ, 1,4% Lənkəran-Astara, 1,1% Mərkəzi Aran, 1,1% Şərqi Zəngəzur, 1,0% Şirvan-Salyan, 0,8% Qazax-Tovuz, 0,5% Dağlıq Şirvan, 0,5% Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 10,8%-i yeni müəssisə və təşkilatlarda, 87,6%-i mövcud müəssisə və təşkilatlarda, 0,5%-i fəaliyyətini bərpa etmiş müəssisələrdə, 1,1%-i isə digər tədbirlər üzrə yaradılıb.
Bundan başqa, 2025-ci ilin birinci yarımilində ölkədə 4,3 min iş yeri bağlanıb, bunun 53,4%-i qeyri-dövlət sektorunun, 24,2%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 75,8%-i isə fəaliyyət göstərən müəssisələrdə aparılan ixtisarlarla əlaqədar olub.
Fuad Mədətov
Finss.az
