Bu ilin yanvar-iyun aylarında Azərbaycan ərazisindən keçən dəhlizlər çərçivəsində dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşımalarından 260,804 milyon manat gəlir əldə olunub.
Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə gəlir 15,4 milyon manat və ya 5,6% azalıb.
Hesabat dövründə dəmir yolu ilə yük daşımalarından gəlirlər 163,922 milyon manat təşkil edib. Bu, bir il əvvəlki göstəriciyə nisbətən 16,396 milyon manat və ya 9,1% azalma deməkdir.
Eyni zamanda, dəniz nəqliyyatı üzrə daşımalardan əldə edilən gəlirlər 1,012 milyon manat və ya 1% artıb.
2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizlərində yük daşımalarının həcmi belə olub:
- Dəmir yolu: 7,120 milyon ton
- Dəniz nəqliyyatı: 3,752 milyon ton
- Avtomobil nəqliyyatı: 5,307 milyon ton
Fuad Mədətov
Finss.az