Finss.az xəbər verir ki, ABŞ-ın investisiya şirkəti KKR Co Yaponiyanın Yokohama şəhərində yerləşən, 22 mərtəbəli ofis binası üçün təxminən 90 milyard yen (610 milyon dollar) təklif edib. Bu bina hazırda Nissan Motor Co.-nun baş ofisi kimi fəaliyyət göstərir.
Mənbələrin məlumatına görə, KKR-in təklifi Nissan-ın investisiya fondlarından aldığı bir neçə təklif arasında ən yüksək qiymət olub. Razılaşma baş tutarsa, KKR binanı aldıqdıqdan sonra 10 il müddətinə Nissan-a icarəyə verməyi planlaşdırır.
Bu potensial alqı-satqı, həm Yaponiyanın daşınmaz əmlak bazarında iri investisiya əməliyyatı, həm də Nissan üçün əlavə maliyyə vəsaiti formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.