BİZNES

22 Avqust

Sony ABŞ-da PlayStation 5 qiymətini artırdı – adi PS5 550 dollara qalxdı

Finss.az – Yaponiyanın Sony korporasiyası avqustun 21-dən etibarən ABŞ-da PlayStation 5 oyun konsollarının tövsiyə olunan pərakəndə satış qiymətini artırıb. Şirkət açıqlamasında iqtisadi çətinlikləri səbəb göstərərək bu qərarı verdiyini bildirib.

Qiymət dəyişiklikləri belədir:

  • Adi PlayStation 5: 500$ → 550$

  • PS5 Digital Edition: 500$ (qiymət dəyişməz)

  • PS5 Pro: 750$

Sony əlavə edib ki, PS5 aksesuarlarının qiymətləri ABŞ-da dəyişməyib, həmçinin digər bazarlarda qiymət dəyişikliyi yoxdur. Şirkət, qlobal iqtisadi şəraitin təsirlərini nəzərə alaraq bu addımı atdığını vurğulayıb.