Finss.az - 4-5 oktyabr 2025-ci il tarixində Gülüstan sarayında “SMEX” (“Signature Moments Experience”) və “Facemark” şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Occupational Aesthetic Congress keçiriləcək. “Səthdən Dərinə” konsepti ilə baş tutacaq estetik tibb və gözəllik sənayesinin ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan Occupational Aesthetic Congress (OAC) sektorda yeni trendləri, innovativ yanaşmaları və qlobal əməkdaşlıq imkanlarını təqdim etmək üçün iştirakçılarını bir araya gətirəcək.
Müasir dermatologiyada innovasiya artıq kosmetik dəyişikliklərdən kənara çıxaraq bioloji, genetik və texnoloji əsaslara söykənən yanaşmaları əhatə edir. Bu səbəbdən tədbirin əsas məqsədi iştirakçılara estetik tibb və gözəllik sənayesindəki ən son texnologiyalar, təhlükəsizlik protokolları və funksional-regenerativ trendlər haqqında geniş və aktual məlumat əldə etmək imkanı qazandırmaqdır. Tədbir iştirakçıları dəri sağlamlığına kompleks baxışı, fundamental araşdırmaları və yeni texnologiyaları müzakirə edərək sahədə dönüş nöqtəsi yaradacaq ideyalar əldə edəcəklər.
Davos formatında təşkil olunacaq tədbir çərçivəsində iştirakçılara gün ərzində intensiv fikir mübadiləsi və müzakirə imkanları yaradılacaq. 09:00-dan 18:00-a qədər davam edəcək konqressdə 4 sessiya üzrə anatomiya və estetik tətbiqlər, canlı estetik prosedurlar, uydu simpoziumları və masterclasslar təqdim olunacaq.
Proqramda elmi məruzələr, beynəlxalq spikerlərin təqdimatları, canlı prosedur nümayişləri və yüksək səviyyəli masterclasslar yer alacaq. Bundan əlavə, B2B görüşlər, brend təqdimatları, interaktiv seminarlar və sertifikatlı təlimlər sayəsində həm nəzəri, həm də praktik biliklərin artırılması hədəflənir.
OAC2025 bir platformadan daha çox, estetik tibb dünyasının gələcəyini formalaşdıran ən son innovasiyaları, elmi bilikləri və praktik təcrübələri bir araya gətirəcək. Kongres sektorda yeni imkanlar açaraq qlobal əməkdaşlıqların güclənməsi, peşəkar inkişaf və gələcəyin trendlərinin formalaşması üçün mühüm rol oynayacaq.
Forumla bağlı ətraflı məlumat, proqram və iştirak şərtləri ilə tanış olmaq üçün rəsmi vebsayta və sosial media hesablarımıza daxil ola bilərsiniz:
Websayt: //occupationalaestheticcongress.com/
Instagram: //www.instagram.com/oacongress
Facebook: //www.facebook.com/profile.php?id=61578622316683
LinkedIn: //www.linkedin.com/company/occupational-aesthetic-congress/about/?viewAsMember=true
