Avropa fond indeksləri bazar ertəsi mülayim dəyişikliklərlə bağlandı
Finss.az xəbər verir ki, Böyük Qərbi Avropa ölkələrinin əksər fond indeksləri bazar ertəsi günü mülayim enişlə ticarəti başa vurub. Britaniya və Avropanın kompozit göstəriciləri isə bu tendensiyadan fərqlənib.Alman DAX: -0,18%,Fransa CAC 40: -0,5%,İtaliya FTSE MIB: -0,03%,İspaniya IBEX 35: -0,17%,Britaniya FTSE 100: +0,21%
Stoxx Europe 600 indeksi isə 0,08% artaraq 554,01 bənd səviyyəsinə yüksəlib.
Analitiklər bildirir ki, investorlar geosiyasi xəbərləri izləməyə davam edir. Bu həftə dünyanın aparıcı mərkəzi banklarının rəhbərlərinin iştirak edəcəyi Kanzas Federal Ehtiyat Bankının illik simpoziumu gözlənilir.
Bazar ertəsi ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında Vaşinqtonda görüş baş tutacaq. Analitiklər bu görüşün, Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlara Avropa liderlərinin qoşulması baxımından bazar üçün mühüm olduğunu qeyd edirlər.